Xəzər Xəbər

İnternet kəsiləcək, enerji sistemi çökəcək, insanlar öləcək Harvard Universiteti ZAMAN VERDİ

Maraqlı | 13:50 • 17 Oktyabr 2017
İnternet kəsiləcək, enerji sistemi çökəcək, insanlar öləcək

Yaxın illərdə Günəşdə öldürücü alışma gözlənilir.

Bu proqnozla Amerikanın Harvard Universitetinin mütəxəssisləri çıxış edib. Onların fikirləri "New Scientist" nəşrində dərc olunub.

Alışmanın olduqca təhlükəli olacağı, enerji sistemini çökdürəcəyi, peyk və internetin kəsiləcəyi bildirilir. Texnogen qəzalar hətta insan ölümünə də gətirib çıxara bilər.

Yeri gözləyən bu təhlükənin nə zaman baş verəcəyi dəqiq açıqlanmasa da, tarix olaraq yaxın 100 il göstərilib.

Günəşdən ayrılan enerjinin 10,38 erg. olacağı deyilir ki, bu da adətən 20 milyon ildə bir dəfə qeydə alınır.

İndiyə qədər qeydə alınan ən qorxunc alışmada bu rəqəm 10.32-yə bərabər olub. Hadisə 1859-cu ildə qeydə alınıb və dəhşətli maqnit qasırğasına səbəb olub. Avropa və Amerikada teleqraf sistemi şöküb.

Mütəxəssislərin hesablamalarına görə, belə hadisənin XXI əsrin sonuna qədər təkralanması ehtimalı yüksəkdir. /Cebhe.info

Xəbər lenti