Xəzər Xəbər

Alimlər 2 qalaqtikanın toqquşmasının ŞƏKLİNİ ÇƏKDİLƏR

Maraqlı | 18:02 • 16 Oktyabr 2017
Alimlər 2 qalaqtikanın toqquşmasının

2 qalaqtikanın toqquşmasının aydın şəkili çəkilib.

"Hubble” teleskopunun köməyi ilə NASA astronomları Xərçəng bürcündə yerləşən, Yer kürəsindən 250 milyon işıq ili məsafədə olan 2 qalaqtikanın toqquşmasının şəklini çəkib.

Tədqiqatçılar qeyd edirlər ki, toqquşma nəticəsində yaranan NGC 2623 adını almış yeni qaz buludu fırlanmağa başlayıb ki, bu da yeni ulduzların aktiv formalaşması prosesinə gətirib çıxarıb.

"Hubble”ın rəsmi saytında həmçinin vurğulanır ki, bizim Günəş sistemimiz yerləşən "Süd Yolu” qalaktikası da gələcəkdə NGC 2623 kimi görünəcək. Çünki tədqiqatçıların hesablamaları görə, 4 milyard il sonra "Süd Yolu” qonşu "Andromeda” qalaqtikası ilə toqquşacaq./publika.az

Xəbər lenti