Xəzər Xəbər

55 dərəcəyədək özü istilik verən paltar istehsal edildi

Maraqlı | 12:54 • 14 Oktyabr 2017
55 dərəcəyədək özü istilik verən paltar istehsal edildi

3,5 saat istiliyi qoruyan bu məhsullara soyuq qış keçən rayonlardan intensiv tələb var

Türkiyənin İzmir şəhərindən 37 yaşlı Cengiz Kılıç 55 dərəcəyədək istilik verən palto, jilet və pencək istehsal edib.

Məhsulların üzərində yerləşdirilən düyməyə basmaqla 10 dəqiqə ərzində istilik verməyə başlayır. Bu, 224 qram ağırlığında batareya sayəsində məhsulların içərisində yer alan altı ədəd istilik yastığının hərəkətə keçməsi ilə baş verir.

3,5 saat istiliyi qoruyan bu məhsullara soyuq qış keçən rayonlardan intensiv tələb var.

C.Kılıç bu məhsulların patentini də alıb. Artıq ona 11 ölkədən nümayəndəlik açmaq təklifi gəlib. İstəyə görə bu məhsullarda istlik əsasən 40, 45 və 55 dərəcəyə çatır. O, deyir ki, məhsulları internetə satmağı planlaşdırır. Paltarları yüngül dərəcədə yumaq mümkündür. Bu məhsulların qiymətləri 400-600 lirə arasında dəyişir.

C.Kılıç deyir ki, bir gün pencəyimi geyinib metroya mindim. Bir az üşüyüncə düyməni basıb istilik artmağa başladı. Ətrafdakılar düymənin işığını görüb diqqətlə mənə baxmağa başladılar. Yaşlı bir qadın "oğlum yanırsan, pencəyin yanır" dedi. Dərhal pencəyin xüsusiyyətini onlara izah etdim. Vaqondakılar başıma toplaşıb pencəyin istiliyinə baxmağa başladılar./Sputnik Azərbaycan

Xəbər lenti