Xəzər Xəbər

Günəş sistemində bənzərsiz kəşf

Maraqlı | 11:50 • 22 Sentyabr 2017
Günəş sistemində bənzərsiz kəşf

Almaniyanın Plank İnstitutunun alimləri Habbl Kosmik Teleskopu vasitəsilə Günəş sistemində Mars və Yupiter arasındakı asteroid qurşağında daha öncə rast gəlinməmiş və bir-birinin orbitində fırlanan iki göy cismi aşkarlayıblar.

"Nature” dərgisi xəbər verir ki, kometaların xüsusiyyətlərini daşıyan iki eyniölüçülü və çəkili asteroid təxminən 100 kilometr məsafədə bir-birilərinin orbitlərində fırlanırlar. Asteroid cütlüyünə "288P” adı verilib. "288P”nin, eyni zamanda, kometa olaraq sinifləndirilən ilk ikili asteroid olduğu bildirilib.

Elm adamları ikili asteroid sisteminin sadəcə 5 min ildir mövcud olduğunu təxmin edirlər.

Xəbər lenti