Xəzər Xəbər

Ağır xəstə olan qıza aşiq olub, öz böyrəyini ona verir Evlənəcəklər

Maraqlı | 18:23 • 20 Sentyabr 2017
Ağır xəstə olan qıza aşiq olub, öz böyrəyini ona verir

Fələstinli gənc, dializ otağında görüb aşiq olduğu bir qıza böyrəyini verməyə hazırlaşır.

Qəzzadan Emir Ebraş böyrək xəstəsi olan Safa Əl-Harazin ilə təxminən 4 ay öncə çalışdığı dializ mərkəzində tanış olub. Qısa zamanda aşiq olan gənc, qıza həm evlilik, həm də böyrəyini bağışlamağı təklif edib. Harazin əvvəlcə tərəddüd etsə də, sonradan Ebraşın səmimiyyətinə inanıb və onun təkliflərini qəbul edib. Artıq onlar nişanlanıblar.

Sözügedən qız bu xəstəliyə 19 yaşında olarkən tutulub. Həmin vaxt anası öz böyrəyini ona bağışlasa da, cəmi 4 il keçdikdən sonra yenidən eyni problem ortaya çıxıb. O, İsrailin 2014-cü ildə Qəzzadakı hücumları nəticəsində qorxu və psixoloji sarsıntıdan belə xəstəliyə tutulub.

Hazırda evlilik hazırlığında olan gənclər eyni zamanda böyrək nəqli üçün də müxtəlif testlərdən keçirlər.

Xəbər lenti