Xəzər Xəbər

Putinin saatı satıldı - 1 milyon avroya - FOTO

Maraqlı | 11:17 • 21 İyul 2017
Putinin saatı satıldı -

Rusiya prezidenti Vladimir Putinin olduğu iddia edilən qol saatı hərraca çıxarılıb. İstiPress-in BBC-yə istinadla verdiyi məlumata görə, Monakodakı həarrac evlərindən birində satışa çıxarılan saat "Patek Philippe Triple Complication" modeli olub.

"Patek Philippe 5208P Triple Complication" platin korpusa, daimi təqvimli və qızıl sferblata sahibdir.  Bu saat çox məhdud sayda istehsal edilib. Onu ancaq xüsusi müştərilər sifarişlə əldə edə bilər. 

Zəmanət sənədlərində sahibinin Vladimir Vladimiroviç Putin olduğu qeyd edilən saatı alan şəxsin adı açıqlanmayıb. Alıcı bu nadir saat üçün 1,054 milyon avro ödəyib. 

Maraqlıdır ki, saatın sənədlərində Vladimir Putinin adı qeyd edilib. Lakin Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov saatın prezidentə məxsus olması barədə xəbərləri yalan adlandırıb. 

Hərracı keçirən "Monaco Legends" BBC-nin rus versiyasına açıqlamasında saatın çox önəmli bir şəxs tərəfindən Vladimir Vladimiroviç Putin adlı şəxsə hədiyyə edildiyini deyib. 

"Pathek Philippe"in zəmanət pasportunda 99 faiz halda faktiki alıcının adı qeyd edilir. Lakin azda olsa istisna hallar var. Bu zaman başqa şəxsin adı alıcı kimi yazılır. 

Xəbər lenti