Xəzər Xəbər

İçində Aydan götürülmüş toz olan çanta 1 milyon 800 min dollara satıldı

Maraqlı | 09:30 • 21 İyul 2017
İçində Aydan götürülmüş toz olan çanta 1 milyon 800 min dollara satıldı

ABŞ-da Aya ilk ayaq basan kosmonavt Nil Armstronqun "Apollon 11” gəmisində istifadə etdiyi və içində Aydan götürülmüş toz, həmçinin nümunələr olan çanta 1 milyon 800 min dollara satılıb.

Xezerxeber.az məlumat verir ki, 1969-cu ildə "Apollon 11”-lə Aya çıxan ABŞ Hərbi Dəniz Donanmasının zabiti Armstronqun istifadə etdiyi çanta 48 ildən sonra Nyu Yorkdakı Sothebys Muzey Evində açıq satışa çıxarılıb.

Kosmonavtlara dair əşyaların satıldığı açıq hərracda sərgilənən çantaya 2-4 milyon dollar qiymət qoyulmuşdu.

Qeyd edək ki, aterosklerozdan əziyyət çəkən Nil Armstronq 2012-ci ildə vəfat edib.

Xəbər lenti