Xəzər Xəbər

Bürünc boşqab 27 milyon dollara satıldı

Maraqlı | 17:39 • 20 İyul 2017
Bürünc boşqab 27 milyon dollara satıldı

Çin Xalq Respublikasının Xançjou şəhərində keçirilən hərracda qədim tunc boşqab rekord qiymətə satılıb.

Xezerxeber.az məlumat verir ki, Qərbi Çjou sülaləsinin hakimiyyəti dövrünə (eramızdan əvvəl 1046-771-ci illər) aid qədim artefakt 185 milyon yuana (27 milyon dollar) alıcı tapıb.

Xəbərdə qeyd edilir ki, boşqabın ilk sahibi üç min il bundan əvvəl yaşamış çar sülaləsinin nümayəndəsi Si Szya Pan adlı şəxs olub. Diametri 27 santimetr olan bürünc boşqabın üzərində 133 simvoldan ibarət mətn həkk edilib.

Xəbər lenti