Xəzər Xəbər

Müharibə belə başladı: 76 illik məxfi sənədlər açıqlandı

Maraqlı | 15:01 • 22 İyun 2017
Müharibə belə başladı:

Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsinin başladığı 22 iyunla bağlı məxfi sənədləri açıqlayıb.

Nazirliyin saytında 22 iyun 1941-ci illə bağlı xüsusi bölmə yaradılıb. Bölmədə unikal arxiv materilları yerləşdirilib. Həmin materiallarda müharibə dövründə sovet hərbi rəhbərliyinin, hadisə şahidlərinin 22 iyunla bağlı ifadələri yer alıb.

Materillar indiyə qədər heç bir yerdə yayınlanmayıb. Orduya rəhbərlik edən şəxslərin, hərbi dairə rəhbərliyinin, diviziya və korpus rəhbərlərinin Sover ordusunun mühairbə hazırlığına dair suallarına cavabları da var.

Həmçinin "1941-ci ildə dövlət sərhədinin qorunmasına dair plan"a əsasən Pribaltika, Kiyev və Belarus xüsusi hərbi dairələrinin fəaliyyətinə dair informasiyalar yayınlanıb. Müharibə başlayanda dövlət sərhədinin müdafiəsinin hazırlıq səviyyəsi barədə də sənədlər var. Ümumilikdə 100 səhifədən ibarət olan materiallar içində ən çox diqqəti çəkən Baltik Xüsusi Hərbi Dairəsinin ( Şimal-Qərb cəbhəsi) Baş qərargah rəisinin müavini Kuzma Derevyankonun xatirələridir. O, öz xatirələrində müharibə ərəfəsində hazırlıq məsələlərinə dair hərtərəfli məlumat verib.

Xəbər lenti