Sizə vurulan zərbələr bir gün mütləq geri qayıdacaq...

17.11.2018 11:18

Sizi incidən, ağrı verən və ya xəyanət edən hər kəs nə vaxtsa eyni problemlə üzləşir. Və bu, karma deyil. Bu, insan həyatının həqiqətidir. Biz hamımız əziyyət çəkirik. Bəlkə də bəziləri digərindən daha çox... İlk baxışda bunlar ədalətsiz görünür, amma həyat hər birimizi heç gözləmədiyimiz anda əziyyət çəkməyə məcbur edəcək.

Bu yazıda oxucuları enerjinin qayıtması haqqında maraqlı faktla tanış edirik.

Belə ağır anlarda ən çətin şey ağıllı və təmkinli davranmaqdır. Əgər səbəbkar qarşı tərəfdirsə, biz intiqam hissinə susayırıq. Bizdə qarşı tərəfi eyni cavab atəşi ilə susdurmaq və ona daha çox zərər vermək istəyi güclənir. Səbirsizliklə həyatın onunla hesablaşacağı və ya onun öz cəzasının bədəlini ödəyəcəyi günün gəlməsini gözləyirik. Bu, baş vermədikdə biz depressiyaya düşürük. Sanki hər kəs bizə qarşıdır. Ancaq bu, zənn etdiyiniz kimi deyil.

Həyat gec-tez hər şeyi öz yerinə qoyacaq!

Günlərin bir günü ən pis bir vaxtda sizə qarşı etdiyi səhvlər onun özünə elə qayıdacaq ki, hətta nə baş verdiyini anlamayacaq. Bu, enerji haqqında sadə faktdır. Nə ötürürsünüzsə, o sizə geri qayıdır. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına. Bunu təsadüf, karma və ya nə istəyirsiniz adlandıra bilərsiniz, amma nəticədə insan öz tökdükləri yığır. O insan bir gün həm ailədə, həm işdə, həm də cəmiyyətdə layiq olduğu "mükafatı” alacaq. Və nəhayət ki, o, özünü aciz, köməksiz, alçalmış və sındırılmış hiss edəcək, onda o, başqalarına yaşatdığı ağrının cəzasını çəkəcək.

Bilirsiniz, bu zaman onunla sizin aranızdakı fərq nədə olacaq?

Şəxsiyyətin yüksəlişi! Pis insanlar başqalarına ziyan vururlar, çünki onlar heç vaxt şəxsi təcrübələrindən dərs çıxarmır. Siz yaşadığınız ağrıdan düzgün nəticə çıxaracaq və böyüməyə davam edəcəksiniz. Onlar isə bununla necə başa çıxacaqlarını bilməyəcək. Siz hər nöqtəsi qırılmış harmoniyanızı bərpa edib küllərindən yenidən doğularkən onlar sınacaqlar.

Odur ki, narahat olmağa dəyməz.

Düşünməyin ki, sizi incidən insanlar heç vaxt o ağrını hiss etməyəcək. Kainatın sizə qarşı olduğu fikrini də dəral başınızdan çıxarın. Sadəcə həyatın siziə göndərdiyi sınaqdan dərs alın. Dərd çəkin, ağlayın, "Hər şərdə bir xeyir var” və yaxud "Zərərin yarısından da qayıtmaq xeyirdir” məsəlini əldə rəhbər tutaraq yaşadıqlarınıza müsbət tərəfdən baxmağa çalışın, sonra isə yüksəlin və sizə bilərəkdən şüurlu şəkildə zərər verən insanlarla birdəfəlik vidalaşın. İcazə verməyin ki, bu neqativ gələcək həyatınıza təsir etsin. Əmin olun ki, onlar da nə vaxtsa eyni problemlə üzləşir.../publika.az

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR