Kosmosda ilk ölkə quran azərbaycanlı QANUNLARI DƏYİŞDİRDİ: vətəndaşlar 100 min avro...

15.11.2018 13:37

Tarixin ilk kosmik ölkəsi olaraq 2016-cı ildə qurulan Asqardiya Kosmik Krallığının Vətəndaşlıq Qanununda dəyişikliklər edilib.

Bu dəyişikliklər nəticəsində Asqardiya sakinləri vətəndaşlıqlarını davam etdirmək üçün 100 avro ödəmək məcburiyyətindədir.

Qərar Asqardiya Parlamentində böyük səs çoxluğu ilə təsdiq edilib. Parlamentin sədri Lembit Öpik qərarın kosmosda məskən salmaq istiqamətində növbəti addım olduğunu bildirib.

"Vətəndaşlıq ödənişinə dəstək versəniz, insanlıq üçün bu nəhəng addımı atmamıza yardımçı olacaqsınız. Vətəndaşlıq ödənişinə fayda vermək qalaktikada yeni üfüqlərə çatdığımıza, insanlığın bir sonrakı macərasının tarixini inşa edən o elit təbəqənin bir parçası olduğumuza əsas verir”, - parlament sədri bildirib.

Parlamentdə qəbul edilən qərara görə, Asqardiya vətəndaşlığı üçün müraciət edəcək şəxslər müraciətdən sonra 30 gün içində tələb edilən məbləği ödəmək məcburiyyətindədir.

Qeyd edəkk ki, Skandinaviya mifologiyasından tanrı "Odin”in hökm etdiyi Asqard bölgəsinin adından götürülən Asqardiya azərbaycan əsilli elm və iş adamı İqor Aşurbəyli tərəfindən 2016-cı ildə qurulub. Ötən ilin iyun ayında rəsmi şəkildə prezident seçilən İ.Aşurbəyli insanların qurduğu ilk kosmik respublika olan Asqardiyanın Yerdəki digər ölkələrin məhdudiyyətlərindən tamamilə müstəqil, azad bir ölkə olacaqğını bildirmişdi.

Asqardiyanın ilk mərhələsi 2017-ci ildə kosmosa göndərilən "Asqardia-1” peyki ilə başlayıb. 2,8 kq ağırlığında, küp formasındakı peyk hazırda kosmik fəzada işləməkdədir.

Ölkənin rəsmi internet saytında yer alan məlumata görə, hazırda Asqardiyanın 280 000 vətəndaşı var. Vətəndaşlıq üçün ən çox müraciət edənlər isə Türkiyə, ABŞ, Hindistan və Çindəndir./publika.az

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR