Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bu qadınla sevgili olana 134 milyon manat veriləcək - BİR ŞƏRTİ VAR

11.11.2018 17:16

İngiltərənin ən gənc milyonçusu Ceyn Park özünə qəribə üsulla sevgili axtarır.

23 yaşlı milyonçu onunla sevgili olan şəxsə 60 milyon funt-sterlinq (134 milyon manat) verəcəyini açıqlayıb.

Milyonçu olduqdan sonra xoşbəxt yaşaya bilmədiyini deyən Ceyn onu həqiqətən sevəcək kişiyə sərvətindən pay verməyə hazır olduğunu deyib. "Deyli Mirror” qəzetinə müsahibə verən 23 yaşlı sərvət sahibi bu payın qarşılığında sadəcə sədaqət tələb edir.

Qeyd edək ki, Ceyn Park 17 yaşında ikən lotereyanın şanslı qalibi olub. O, televiziya ulduzu Sam Callahan ilə sevgi münasibətləri yaşayıb. Lakin Sam onu aldadıb və buna görə cütlük ayrılıb.

Sədaqətin puldan daha dəyərli olduğunu bildirən Ceyn bir internet səhifəsi vasitəsilə ona elçi düşən şəxslərlə tanış olub kiminlə evlənəcəyinə qərar verəcək.

© xezerxeber.az


752 dəfə oxunub

ÇOX OXUNANLAR