Dünyanın ən bahalı ayaqqabısı nümayiş etdiriləcək - FOTO

26.09.2018 09:04

Dubayda "BurjAlArab” otelində dünyanın 17 milyon dollar dəyərində ən bahalı ayaqqabısı nümayiş etdiriləcək.

AZƏRTAC Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinə istinadla xəbər verir ki, "Passion Diamond” tuflisi xalis qızıldan hazırlanıb və hər cütü 15 karatlıq brilyantla bəzədilib. Eksklüziv ayaqqabı, ümumilikdə tuflinin haşiyəsində yerləşən 236 brilyantla işlənilib.

"Jada Dubai” şirkəti özünün sonuncu kolleksiyasından brilyant, yaqut, qızıl və mirvari ilə bəzədilmiş daha 3 cüt ayaqqabını nümayiş etdirəcək. Yeni kolleksiyaya 25 min dollar dəyərində "Diamond Pearl Stilettos”, 27 min dollar dəyərində "Ruby Stilettos” və 17 min dollar dəyərində "DiamondandGoldStilettos” daxildir.

© xezerxeber.az

FOTOQALERIYA






233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR