Dünyanın ən varlı adamı necə yaşayır? — Ceff Bezosun həyat tərzi

20.07.2018 12:27

"Amazon” şirkətinin qurucusu, ABŞ-ın iş adamı Ceff Bezos "Bloomberg”in 2017-ci ildə tərtib etdiyi "dünyanın ən zəngin adamları” siyahısında 150 milyard dollarlıq sərvəti ilə birinci yeri tutub.

150 milyard dolları olan Bezos axşamlar evində qab-qacağı özü yuyur.

Son iki ildə sərvətini iki dəfə artıran Ceff hazırda Bill Qeytsdən də varlıdır.

Bezos 1964-cü ildə anadan olub. Onun 1995-ci ildə qurduğu "Amazon” şirkəti açıldığı gün sadəcə 6 sifariş qəbul etmişdi. 2018-ci ildə isə gündəlik sifariş sayı 2 milyona çatıb.

Ceff səhərlər istədiyi vaxt oyanır. Zəngli saatdan istifadə etmir və heç kəs onu oyandırmır. Ən azı 8 saat yatır.

Çalışqan olsa da, ailəsinə vaxt ayırır. Günə roman yazıçısı arvadı Makkenzi Bezos ilə səhər yeməyi yeyərək başlayır. Günortaya qədər olan vaxtını övladlarına ayırır. Bezosun səhər qəhvəaltısı fərqlidir: Kartoflu səkkizayaqlı dəniz ilbizi, sarımsaqlı qatıq, basdırma və yumurta.

İclaslarını günortadan sonraya salır. Dünyanın ən zəngin adamı iclas xoşlamır. "Amazon”un digər şərikləri ilə ildə ən çox 5 saat iclas keçirir. "2 pizza” qaydasından vaz keçmir. Yəni, 2 pizzanın doyura biləcəyi daha çox insanın olduğu iclaslarda iştirak etmir.

Bezos sərt və kobud iş adamıdır. Hətta işçilərinə qarşı əsəbini soyutmaq üçün yanında bir məsləhətçisi də var. Onun şirkətlərində tez-tez əməyin istismarına qarşı etirazlar və tətillər olur.

Günün sonunda isə axşam yeməyindən sonra evdəki çirkli qabları özü yuyur.

Ceff kosmosa vurğundur. 2016-cı ildə lentə alınan "Sonsuz kosmik yol” filmdə epizodik rola da çəkilib. Ən böyük hobbisi sualtı qayıqlar və NASA-nın okeana düşmüş köhnə raket qalıqlarını tapmaqdır.

"Amazon”dan başqa Bezos "Blue Origin” hava şirkəti və "The Washington Post” qəzetinin sahibidir. Kosmik araşdırmalara milyonlarla dollar xərcləyir.


Bezos 1996-cı il modeli olan "Honda” markalı avtomobilindən vaz keçmir. Bundan başqa 70 milyon dollarlıq helikopterdən də istifadə edir. Bir çox yaxtası və qayığı var. Hazırda 140 metrlik yaxta inşa etdirir. ("Ölkə.Az”)

© xezerxeber.az

FOTOQALERIYA






1143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR