İsveçdə “Midsommar” bayramı qeyd olunur

22.06.2018 18:14

İyunun 22-i İsveçdə ilin əsas bayramlarından biri - "Midsommar” Yay Günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu bayram iyunun 19-a ən yaxın cümə və şənbə günündə qeyd olunur və isveçlilər üçün böyük məna daşıyır. Kökü bütpərəstliyə aid olan bu bayram münasibətilə ölkədə həmişə qeyri-iş günləri elan edilir. İsveçlilər bu bayramı adətən ailə üzvləri ilə birlikdə, şəhərdən kənarda və ya parklarda keçirirlər.

Bu il Stokholmda bu bayram açıq səma altında məşhur "Skansen” etnoqrafik muzeyində baş tutub. Yağışlı havaya baxmayaraq bayramı qeyd etmək üçün əraziyə çoxlu sayda adam toplaşıb. Ənənəyə görə, tədbir bayramın əsas rəmzinin – uzun bayram ağacının uşaqlar tərəfindən çiçəklər və otlarla bəzədilməsi ilə başlanıb. Sonra böyüklər onu qaldırıblar və açıq ərazidə yerləşdiriblər. Tədbir bayram yarmarkası, habelə xalq mahnıları və rəqslərlə davam edib.

Qeyd edək ki, bu bayram Şimali Avropanın bir çox ölkələrində, lakin müxtəlif adlarla qeyd edilir.

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2018 14:36

Lavrov İsrailə gedir

ÇOX OXUNANLAR