II Elizabet və şahzadə Filippin “platin toy”u - FOTO

20.11.2017 17:49

Noyabrın 20-də II Elizabet və şahzadə Filippin toylarının 70 ili tamam olur. İngilis ənənəsinə görə, belə ildönümü "platin toy”u adlandırırlar. Elizabet bu nadir yubileyi qeyd edən ilk monarxdır.

Xezerxeber.az Interfax informasiya agentliyinə istinad'n xəbər verir ki, bu əlamətdar hadisə ilə əlaqədar Buckingham sarayı kral cütlüyünün yeni portretini təqdim edib. Portretdə kraliça krem rəngli paltar geyinib və 50 il bundan öncə şahzadə Filippin hədiyyə etdiyi qiymətli daşlarla bəzədilmiş bəzək sancağı taxıb. Kraliçanın ərinin əynində isə boz kostyum və tünd qırmızı qalstuk var.

Fotoşəkillər seriyası portret işləri üzər ixtisaslaşan və bir çox məşhur aktyor, musiqiçi və idmançının şəkillərini çəkmiş məşhur fotoqraf Mett Holiouk tərəfindən hazırlanıb.

Kral cütlüyü "platin toy”larını Vindzor qəsrində qohumların və yaxın dostların dəvət olunduğu şam süfrəsi arxasında keçirəcək. Buckingham sarayı bu hadisə ilə əlaqədar heç bir ictimai tədbirin keçirilməyəcəyini bildirib.

Bundan əlavə, II Elizabet və şahzadə Filippin toylarının 70 illiyi ilə əlaqədar 1947-ci ildə nikah mərasiminin baş tutduğu Westminster abbatlığının zəngləri çalınacaq.

Xatırladaq ki, hazırda kraliça II Elizabetin 91, şahzadə Filippin isə 96 yaşı var.

© xezerxeber.az

FOTOQALERIYA






148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR