NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü YAYDI

20.11.2017 16:05

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin şimal yarımkürəsində baş verən fırtınanın görüntülərini yayıb.

Fırtınanın fotoları Yupiteri araşdıran "Yuno” kosmik gəmisi tərəfindən çəkilib.

Fırtına zamanı əmələ gələn buludların eni 4 km, uzunluğu isə 8 km olub. Alimlər bu parlaq buludların və onların kölgələrinin Yer kürəsindəki buludlara bənzədiyini bildirib.

Qeyd edək ki, Yupiterdəki fırtına 24 oktyabr saat 10:32-də qeydə alınıb./publika.az

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR