Kiçik yaşlarında elmi möcüzələrə imza atan uşaqlar - MARAQLI

23.09.2017 15:10

Moderator.az kiçik yaşlarında Nobelə namizəd göstərilən, NASA-nın işə dəvət etdiyi və cərrahiyə əməliyyatı aparan dahi uşaqlar haqqında yazını təqdim edir:

Qriqori Smit -12 yaşında Nobel mükafatına namizəd göstərilib. 10 yaşında ikən universitetdə oxumağa başlayıb. Bununla da kifayətlənməyib boş zamanlarında ölkə-ölkə gəzərək sülh və uşaq hüquqlarını müdafiə edib. "Beynəlxalq Gənclik müdafiəçiləri dərnəyi"ni təsis edir. Bu sahədə gördüyü işlər səbəbiylə 4 dəfə Nobelə namizəd göstərilib.

Akrit Kasval - Hindli kiçik dahi hazırda dünyanın ən ağıllı uşaqlarından biri kimi qəbul edilir. İlk cərrahi əməliyyatını evində və yalnız 7 yaşındaykən aparıb. Heç bir tibb təhsili almayan, həyatında heç əməliyyat etməyən Akrit, səkkiz yaşındakı bir qızın yanmış əllərini evində etdiyi əməliyyatla bir-birindən ayırmağı bacarıb. 12 yaşındaykən də xərçəngin çarəsini tapmağa çox yaxınlaşdığını dilə gətirmişdi.

Kim Ung-Yong - Müvəffəqiyyətləri sayəsində həm Ginnesin Rekordlar Kitabına, həm də siyahımıza girməyi bacardı. Özü 4 yaşında universitetə gedib, 15 yaşında da doktorluq müdafiəsini edib. Ginnesin Rekordlar Kitabına "dünyanın ən ağıllı insanı" kimi düşüb. IQ əmsalı 210 olaraq bilinir. 7 yaşında NASA tərəfindən dəvət alan Kim bu qədər müvəffəqiyyətə baxmayaraq, sadəliyi ilə də diqqətləri üzərinə çəkir. Çünki, o qədər prestijli universitetin təklifini rədd edib, yerli bir universitetdə dərs verməyi hər adam üzərinə götürməzdi.

© xezerxeber.az


75 dəfə oxunub

ÇOX OXUNANLAR