Xəzər Xəbər

Bu görüntülər bütün əzbərləri pozacaq

Maraqlı | 16:04 • 12 İyul 2014
Bu görüntülər bütün əzbərləri pozacaq

Çinin orta seqmentindəki Şaanşi əyalətinin paytaxtı Sian şəhərinin 100 kilometr yaxınında olan Çin piramidaları haqqında araşdırmalarda olan və piramidaların içinə girən ilk türk araşdırmaçı , yazıçı Oktan Keleş, piramidalardakı materialların türk tarixi baxımından böyük əhəmiyyət kəsb etdiyini və "bütün əzbərləri pozacaq qədər dünya tarixi baxımından əhəmiyyətli olduğunu "söylədi.

"Ağ piramidalar" və ya "Türk piramidası" deyə də xatırlanan piramidalara daxil olan və orada araşdırmalarda olan Keleş, "Buradakı materiallar mövzunun mütəxəssisləri tərəfindən araşdırıldığında bunu söyləyə bilərik: Tarixin təkrar yazılması lazım ola bilər" dedi və piramidalardakı materialların Türk tarixi baxımından böyük əhəmiyyət kəsb etdiyini ifadə etdi.

Keleş, bölgəyə daha əvvəl də araşdırma etmək üçün başqalarının getdiyini ancaq araşdırmaçıların çəkiliş etməsinə  icazə verilmədiyini və indi nümayiş olunan fotoşəkillərin, "bu ana qədər yayımlananlar arasında bir ilk" olduğunu vurğuladı.

Keleş, özlərinin ortaya qoyduğu dəlillər qarşısında Çinli səlahiyyətlilərin, "Köhnə dövrlərdə Uyğurlar, Çinlilər adına pullu əsgər olaraq vəzifə yerinə yetirirdilər. Buradakı simvollar və işarələr onlardan qalmadır" deyə bildirdi və "Bu düşüncə təbii özlərinə aiddir" deyə əlavə etdi.

 

"Piramidanın içindəyik"

 

Piramidalara gedərkən və piramidaların içində yaşananları köçürən Oktan Keleş, yaşlı bir Çinli rəhbər yoldaşlığında piramidalara yaxın bir yerdən təbii bir mağaranın içərisində girdiklərini və qaranlıqda 40-50 metr qədər getdiklərini izah edərək, "Mağarada 3 kanallı bir girişə gəldik. Sonra şaquli bir yerdən 7-8 metr aşağı endik. Geniş bir sahəyə gəldiyimizdə Çinli rəhbər bizə piramidanın içindəyik dedi .Keleş, piramidanın təbii bir meydana gəlmənin üzərinə inşa edildiyini ifadə etdi və Çinli rəhbər yoldaşlığında bir məzar otağına çatdığını bildirdi .Məzar otağında yerdə boyu 2 metrə yaxın bir mumiya olduğunu ifadə edən Keleş, mumiyanın başında olan bir qayadan müxtəlif işarə və yazıların yanında "ay ulduz, qurd başları" gördüklərini söylədi. Keleş, sahəyə işıq olduqda "şok olduqlarını" və "3 metr boylarında, ehtimalla granit daşdan edilmə bir baş heykəli" ilə qarşılaşdıqlarını  qeyd etdi.Keleş, heykəlin üst qismində cüt buynuza bənzər bir obyektin olduğunu, başının ortasında da bir "ay-ulduz" işarəsinin gözə çarpdığını izah etdi. Heykəlin yanında da qucağında uşaq olan başqa bir qadın heykəlinin və yerdə bir mumiyanın tapıldığını ifadə edən Keleş, belə davam etdi: "Qoca Çinli, dizlərinin üzərinə çöküb bir şeylər mırıldanırdı. Gördüyümüz mumiya bir kişiyə aid idi. 30 il qədər əvvəl üzü daha dəqiq seçilirmiş , hətta ayaqlarında çəkməyə bənzər şeylər olduğunu söyləyir, yaşlı Çinli. İçəridə təxminən 7-8 dəqiqə qədər qaldıq ki, qoca Çinli tələsik çıxmamız lazım olduğunu işarə edirdi. Biz bir az daha qalıb, ətrafı yaxşıca araşdırmaq istəyirdik. yaşlı Çinli sərtləşir, təklifimizi qəbul etmirdi. Aşağı doğru nərdivanla enilen bir yer görürük və oraya enmək istəyirik. Yaşlı Çinli, oraya enişin çox çətin olduğunu, endikdən sonra çıxışın daha da çətin olduğunu, buradan tələsik çıxmamız lazım olduğunu söyləyir. Çinlinin bu qədər təlaşlı olmasından və əsəbiləşməməsindən ötəri aşağı enmedik. Ancaq fənərlə belə ətrafı bir axtardığımızda , divarlarda yazılar və şəkillərlə üst-üstə düzülmüş və bir-birlərinə yapışmış həbləri gördük daha çoxunu seçə bilmədik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Atan Oğuz Xaqanın təmsil surətidir"

 

Keleş, yaşlı Çinlinin verdiyi məlumata görə, mumiyanın üzünün əvvəldən daha dəqiq olduğunu, ancaq zaman içərisində mumiyanın bəzi parçalarını qoparması səbəbiylə pozulmağa başladığını söylədi.

 

Cüt buynuzlu granit daşdan üç metrlik baş fiqurunu soruşduqlarında isə çaşdırıcı bir cavab aldıqlarını ifadə edən Oktan Keleş, Çinlinin "O sizin atanız Oğuz Xaqanın təmsili surətidir" dediyini bildirdi.Keleş, Çinlinin piramidanın alt qismində başqa bir mumiya olduğunu və onun heç pozulmadığını irəli sürdüyünü, ayrıca var olan minlərlə həbdən bəzilərinin zaman içərisində aşınaraq bir-birinə yapışdığını söylədi.

 

Piramidaların tapıldığı bölgənin qadağan olduğuna dair söz-söhbətlərin soruşulması üzərinə Keleş, bölgənin tamamilə qadağan edilmiş bir bölgə olmadığını, ancaq içəridə araşdırma və çəkiliş etmək mövzusunda icazə verilmədiyini ifadə etdi.

 






 

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar