İndiki koronavirus əvvəlkindən daha aqressivdir - SƏBƏB

24.10.2020 10:04

Alimlər ikinci dalğa - payız koronavirus ştammının əvvəlki sələflərindən nə ilə fərqləndiyini və nə səbəbdən aqressiv olduğunu araşdırıb.

Yeni koronavirus insan hüceyrəsinə daxil olmaq üçün ikinci yol tapıb, o daha bir reseptor - neyropilin -1dən istifadə edərək qan dövranı, tənəffüs yollarına və sinir sisteminə düşür.

Elmi tədqiqatın nəticələri göstərib ki, ACE -2 reseptorlarından başqa SARS COV 2 infeksion potensialını artırmaq üçün əlavə tikə əldə edib ki, bu üstünlük EBOLA, VİÇ kimi viruslarda da olur.

Eləcə də virusda insan zülalına oxşar aminturşusu olduğu aşkarlanıb. Məhz o neyropilin 1- ilə təsirə girir.

Laboratoriya şəraitində insan hüceyrəsində olan neyropilini söndürməklə, virusun hüceyrəyə keçməsinin qarşısının alındığı izlənilib. /medicina.az

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR