Yeri asteroidlə toqquşma təhlükəsi gözləyir

19.10.2020 09:27

Noyabrın əvvəlində Yer kürəsinə asteroid düşə bilər.

Bu barədə ABŞ astrofiziki Nil Deqrass Tayson bildirib.

O, qeyd edib ki, hadisə noyabrın 2-də baş verəcək.

"Kosmik daş 2018VP1 asteroidi saatda 25 min mildən çox sürətlə bizə tərəf yaxınlaşır. O, noyabrın 2-də Yer kürəsinə düşə bilər", - alim özünün "Instagram”dakı hesabında yazıb.

Tayson qeyd edib ki, asteroid Yer kürəsinə ziyan vuracaq qədər böyük ölçüdə deyil./report

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR