Məktəblər bağlandı, elektrik kəsildi - Aralıq dənizi fırtınası başladı

18.09.2020 18:48

Yunanıstanda Aralıq dənizi qasırğası bu gündən ölkəni təsiri altına almağa başlayıb.

Krit adasından başlayan fırtına İon dənizindəki adalara qədər çatıb.

Gecə yarısından etibarən Afina və Attika bölgəsinə qədər çatacağı proqnozlaşdırılan fırtına dəniz səviyyəsinin artmasına və sahil bölgələrinin su altında qalmasına səbəb olub.

Yerli "Kathimerini” qəzeti göy gurultularının müşayiəti ilə leysan yağışlarının başladığını, əlverişsiz hava şəraitinə görə bəzi məktəblərin bağlandığını yazıb.


Kefaloniya, Zakintoş və İtakada elektrik enerjisinin verilişi dayandırılıb./Publika.az

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR