Çindən koronavirusla bağlı ŞAD XƏBƏR: 4 peyvənd...

18.09.2020 18:42

Çin koronavirusa qarşı hazırlanan peyvəndlərlə bağlı açıqlama yayıb.

Hazırda 4 COVID-19 peyvəndinin kliniki sınaq mərhələsində olduğu bildirilib.

Elm və Texnologiya naziri Vanq Çiqanq CGTN telekanalındakı çıxışında bu günədək 11 peyvənd namizədinin kliniki sınaqlardan keçirildiyini deyib. O, COVID-19 peyvəndləri ilə paralellik göstərən 5 texniki istiqamət hazırlanmasını təşviq etdiyini vurğulayıb.

Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin biotəhlükəsizlik mütəxəssisi Vu Quiçen 3-cü mərhələ kliniki sınaqlarda bu ana qədər problem yaşanmadığını, buna görə də xalqın noyabr və ya dekabr ayında peyvənd vurdurmağa başlaya biləcəyini deyib./Publika.az

© xezerxeber.az


148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR