Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bəd nəzərin varlığı TƏSDİQLƏNDİ: Bu şəxslərdən uzaq durun

11.08.2020 10:07

İngiltərənin Leeds Universitetinin parapsixoloji fakültəsində aparılan bir araşdırmada nəzərin mövcudluğu elmi cəhətdən sübut olunub.

Fakültə üzvləri psixoloji güclərinin olduğu qəbul edilən və rəngli gözlərə sahib olan 6 nəfərlə psixokinetik təcrübə aparıb. Bir həftə boyunca həmin adamlara bəzi cisimlər göstərilib və həmin əşyalara diqqətlə baxmaları tələb olunub.2 həftə sonra bəzi cisimlərdə morfolojik və biokimyəvi dəyişikliklər meydana gəlib. Xüsusi aparatlar təcrübə obyekti olan insanların gözlərindən çıxan elektromaqnit dalğaları qeydə alıb. Bu dalğaların fərqli tezliklərə malik olması da nəzərdən yayınmayıb.

Leeds Universitetinin parapsixoloji fakültəsinin rəhbəri Artur Gall təcrübə ilə bağlı çap etdirdiyi məqaləsində qeyd edir:

"Cisimlərdəki dəyişikliklər yalnız rəngli gözlərə malik olan insanların gözlərindəki rəngli fotoreseptorlardan yayılan beta şüalarından qaynaqlanıb”.

"Science” jurnalı aparılan araşdırmaya may buraxılışında yer ayırıb. Jurnalın üz qabığı "Kəmgözlük həqiqəti” manşetiylə diqqət çəkib. Eyni zamanda, jurnalın bu sayında müxtəlif elm adamlarının əldə edilən nəticəylə bağlı fikirləri də dərc olunub.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR