Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Maska taxmaq mübahisəsinə ELMİ AYDINLIQ gətirildi - İkiqat artırır

08.08.2020 16:27

Tibbi maskalardan istifadə COVID-19-un yayılmasını nəzarət edilə biləcək səviyyəyə çəkə bilər.

Bu barədə Kembric və Qrinviç Universitetlərinin apardığı araşdırmanın yekununda bildirilib.

Araşdırma komandasının üzvü Riçard Statt sosial məsafə və küçəyə çıxma qadağası ilə birgə tibbi maskadan istifadənin COVID-19-a qarşı peyvənd tapılana qədər iqtisadi fəaliyyətə icazə və pandemiyanı idarəetmədə məqbul metod ola biləcəyini deyib.

Araşdırmaçıların gəldiyi nəticəyə görə, insanların hər küçəyə çıxanda maska taxması simptomlar büruzə verdikdən sonra taxmasına nisbətən ikiqat daha effektiv təsir bağışlayır.

Araşdırma məqaləsi "Proceedings of the Royal Society A" dərgisində yayımlanıb./Publika.az

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR