Koronavirus dünyaya Çindən yayılmayıb? – Şok araşdırma

04.08.2020 10:29

Koronavirusun Çinin Uhan şəhərindən dünyaya yayıldığı artıq hər kəsə bəllidir. Ancaq ABŞ Xəstəliklərin Nəzarəti və Qorunması Mərkəzi tərəfindən aparılan bir araşdırma sensasiya doğuracaq nəticə ortaya çıxarıb.

ABŞ alimləri koronavirusu dünyaya yayan əsas ölkənin Çin olmadığını açıqlayıblar.

Araşdırmada virusun qaynağı haqda konkret bir söz deyilməsə də, koronavirusun dünyaya əsasən İtaliyadan yayıldığı bildirilib. Belə ki, dünya ölkələrinə koronavirusun 27 faizi İtaliyadan, 22 faizi Çindən, 11 faizi İrandan yayılıb./Axar.az

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR