Koronavirus hüceyrələri “zombi” kimi davranır

30.06.2020 09:18

Alimlər tərəfindən koronavirus hüceyrəsinin yeni fotoşəkli hazırlanıb.

"Hürriyet” xəbər verir ki, alimlərin hazırladığı görüntü koronavirusun təxminlərdən daha təcavüzkar olduğunu və "zombi” kimi davrandığını göstərib.

San-Fransisko Universitetinin alimləri koronavirusun yeni görüntüsünü paylaşaraq, orqanizmdəki hüceyrələrə necə zərər vurduğunu göstəriblər. Virusun davranışının dünyada yaşanmış heç bir epidemiyaya bənzəmədiyini qeyd edən elm adamları yeni görüntü ilə vəziyyətin daha qorxulu ola biləcəyini iddia ediblər.

Virusa yoluxan hüceyrələrdə çıxıntıların yarandığını üzə çıxaran alimlər xəstə hüceyrələrin bu çıxıntılar vasitəsilə yayıldığını müəyyənləşdiriblər.

Mütəxəssislər virusa yoluxmuş xəstə hüceyrələrin "zombi”yə bənzədiyini vurğulayıblar./Publika.az

© xezerxeber.az


89 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR