Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi - FOTO

06.06.2020 10:53

İngiltərənin Kent qraflığının sakini 76 kq arıqlamağının sirrini paylaşıb.

"Daily Mail”in məlumatına görə, bununla Stef Gill ətrafında köklükdən əziyyət çəkən və ümidsizliyə düçar olanları ruhlandırmaq istəyib.

Qadının sözlərinə görə, onun ən böyük arzusu öz toyundan sonra evinə əri Conun qollarında daxil olmaq idi. Lakin bu istək xəyal olaraq qalıb. Çünki gəlinin çəkisi həmin vaxt 114 kq-dan artıq olub.

"Bilirdim ki, məni qaldırmağa gücü çatmayacaq. Başqalarının bunu edə bildiyi, bizim isə bu ənənədən kənarda qalmağımız məni çox kədərləndirirdi”, - deyə Stef Gill danışır.

Hətta uzun illər sonra belə Gill bunun xəyalı ilə yaşayıb. Nəhayət, 2015-ci ildə o, özünü ələ almaq və çoxdankı arzusunu reallaşdırmaq qərarına gəlir. 140 kq çəkidə o, mədə şuntlaması əməliyyatını etdirir. Cərrahlar onun mədəsini 80 faiz kiçildirlər.

"Bəziləri düşünür ki, bu, artıq çəkidən qurtulmağın ən tez yoludur. Ancaq arıqlamaq üçün həyat şəraitini dəyişmək lazımdır. Sən artıq çəkidən qurtulmağı istəməlisən”, - deyə qadın bildirib.

Gill bir müddət sonra yerli qaçış klubuna yazılır və mütəmadi olaraq yürüşlərə çıxır. Həmin vaxtdan etibarən o, 64 kq arıqlayıb. Britaniya sakini nəinki istədiyi çəkiyə çatıb, həmçinin onu saxlaya bilib.

Bir neçə gün öncə isə, toyunun 18-ci ildönümündə Con nəhayət xanımının arzusunu gerçəkləşdirə bilib: Onu qollarında evə daxil edib.

16 yaşlı qızları tərəfindən çəkilən şəkildə gəlinlik paltarında və fatada olan Gillin xoşbəxtliyi üzündən bəlli olur.

Gill vurğulayıb ki, gözəl bədən quruluşunu məhz qaçmaqla əldə edib:

"Qaçış fiziki və psixoloji sağlamlığagözəl təsir edir. Elə bir idman sahəsi seçmək istəyirdim ki, özümə bəhanə taparaq, məşğələlərdən yayınmayım. Axı hara istəsən, qaça bilərsən. Bu da sözügedən fəaliyyət növünün ən üstün cəhətidir”.

"Özünün ən yaxşı formasında olmaq elə yaxşıdır ki... Mən insanları mütəxəssislərə müraciətdən qorxmamağa çağırıram. Hazırkı vəziyyətdə bu daha çətin olsa da, mümkünsüz deyil”, - deyə Gill əlavə edib.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR