Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Casus göyərçin üç illik həbsdən sonra azadlığa buraxıldı

31.05.2020 12:50

Hindistan polisi casusluqda ittiham edilmiş göyərçini azadlığa buraxıb.

Bu barədə "Toronto Sun” nəşri xəbər yayıb.

Məlumata görə, göyərçin Pakistanla sərhəddə mübahisəli ərazidə uçarkən saxlanılmışdı. Hindistan polisi quşdan casusluq məqsədləri üçün istifadə olunduğunu ehtimal edib.

Yerli sakinləri qorxudan quşun ayağına yazılmış nömrə olub. Onlar bunu terrorçular arasında gizli yazışma kodu hesab ediblər.

Sonradan quşun sahibi tapılıb. Məlum olub ki, bu, Həbibulla adlı balıqçıdır. O, göyərçinin quş yarışlarında iştirak etdiyini, ayağındakı rəqəmlərin isə sahibinin telefon nömrəsi olduğunu bildirib.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR