Əhalini koronavirusdan qorumağın üsulunu tapdılar

28.05.2020 11:26

Yunanıstanda iyunun 1-dən əhalini yeni növ koronavirusdan qorumaq üçün insanların vərəmə qarşı peyvəndlənməsinə başlanılacaq.

XəzərXəbər  Trendə istinadən bildirir ki, alimlər üçüillik araşdırmadan sonra sübut ediblər ki, vərəmə qarşı peyvənd respirator infeksiyaların inkişafı riskini 5 dəfə azaldır.

Mütəxəssislərin sözlərinə görə, bu tədbir koronavirus üzrə risk qrupunda olan vətəndaşları bu infeksiyadan qorumağa imkan verəcək.

Bildirilir ki, peyvəndləmə Dərman Vasitələri üzrə Milli Agentlik tərəfindən təsdiqlənib.

Qeyd edilir ki, Almaniya, Avstraliya və Niderlandda da müvafiq tədbir görüləcək.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR