Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"Belə getsə, pandemiya daha da artacaq!" — Professordan XƏBƏRDARLIQ

26.05.2020 11:11

Azərbaycanda pandemiya ilə əlaqədar karantin rejimi yumşaldıqca koronavirusun daha da geniş yayılması müşahidə edilir. Bu əks tendensiya böyük narahatlıq yaradır və pandemiyanın asanlıqla aradan qalxmayacağını göstərir.


İndi hamını bir sual narahat edir: Karantin qaydalarının yumşaldılmasına rəğmən xəstəliyə yoluxanların artmasının səbəbi nədir?


XəzərXəbər xəbər verir ki, tibb üzrə professor Adil Qeybulla moderator.az-a açıqlamasında bildirib ki, bunun başlıca səbəbi insanların virusdan qorunmaq üçün tələb edilən şərtlərə lazımınca əməl etməməsidir:


"Karantinin ilk mərhələsində SMS icazəsi ilə çıxanda da insanlar gedib gəziblər, evlərdə ziyafətlər təşkil ediblər, həyətlərdə çay içmək, domino oynamaq, bax, bütün bunların nəticəsidir ki, indi artım müşahidə olunur.


Digər tərəfdən karantin qaydaları yumşaldıqdan sonra da insanlar iqnor edirlər, sanki heç belə bir təhlükə yoxdur. Hazırda küçədə baxsanız tək-tük masqalı adam görərsiniz. Proqnozlaşdrıma belədir ki, belə davam etsə bu say getdikcə artacaq.


Professorun sözlərinə görə bunun qarşısını almaq üçün karantin yumşaldılsa da qorunma şərtləri kəskinləşdirilməlidir:


"Hesab edirəm ki, Operativ Qərargah və digər strukturlar karantinin yumşaldılması dövründə də qaydaların qaldığını sərt şəkildə elan etməli idilər. Yəni bayıra çıxarkən masqa taxmaq, əlləri dezinfeksiya etmək və sosial məsafəni saxlamaq əsas şərt olaraq qalmalıdır. Bunu pandemiya qurtarana qədər etmək lazımdır”./Demokrat.az

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR