Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Psixoloqlardan İNANILMAZ İDDİA - Ağrını azaltmaq üçün bu sözləri səsləndirin!

25.05.2020 19:27

Məlum olub ki, şiddətli ağrılar zamanı söyüş söymək və ya qeyri-etik sözlərdən istifadə ağrı və xoşagəlməz hissləri azaldır.

Bu təcrübələr Almaniyanın Kiel Universitetinin psixoloqları tərəfindən aparılıb. Onların araşdırması "Frontiers in Psychology” jurnalında dərc edilib.

Araşdırmada orta yaşı 27 olan 92 könüllünün iştirak etdiyi qeyd olunur. Onlara əllərini buzlu suya salmaq tapşırılıb və bu zaman qışqırmağa və söyüş söyməyə icazə verilib. Ağrılara dözə bilməyənlərsə əllərini soyuq mayedən çıxarmalı olub. Aydın olub ki, ədəbsiz sözlər söyləyən şəxslərdə ağrı həddi aşağı enib. Ancaq pis ifadələr səsləndirməyənlərdə ağrı qavrayışı dəyişməyib. Alimlər beynin söyüşə belə bir reaksiyasının səbəblərini hələ müəyyən edə bilməyib.

Psixoloq Oksana Zaşirinskaya "Beşinci kanal” a verdiyi müsahibədə bildirib ki, rusiyalı alimlərin insult xəstələrinin üzərində apardığı araşdırmada da oxşar nəticələr əldə edilib: "Qeyri-etik lüğət ekstremal vəziyyətlərdə istifadə olunur. Bu cür sözlər "daha sadələşdirilmiş bir sxemə” uyğunlaşdırıla, daha yaxşı yaşamağa və ağrı həddini azaltmağa kömək edə bilər”./publika.az

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR