Koronavirusdan ölüm riskini azaldan preparat tapıldı

23.05.2020 16:03

ABŞ-ın Cons Hopkins Universitetinin Tibb Məktəbinin alimləri COVID-19 infeksiyasının ağır formasına qarşı aşkar olunan vasitənin kliniki sınaqlarına başlayıb.

Həmin preparat alfa-blokatorlar qrupuna aiddir.

Aparılan müşahidələr nəticəsində məlum olub ki, COVID-19-a yoluxmuş xəstə digər xəstəliklərin müalicəsi üçün alfa-blokatorlar qəbul edibsə, onun kəskin respirator xəstəliklərdən ölüm riski azalır.

Müşahidələr tam təsdiqlənmədiyi üçün mütəxəssislər sınaqlar keçirməyi planlaşdırır. 6 gün davam edəcək sınaqlardan sonra, 60 gün ərzində xəstəxanalara yerləşdirilən, eləcə də intensiv terapiya müalicə tələb olunan insanların sayını müşahidə edəcək.

Alfa-blokatorlar qan damarlarının daralmasına təsir edən, həmçinin adrenalin və noradrenalin reaksiya verən alfa-1 reseptorlarının fəaliyyətini zəiflədir. Bu tərkibli preparatlar prostat vəzi xəstəliklərində, yüksək qan təzyiqində təyin olunur./Trend

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR