Çexiyada nudistləri maska taxmağa məcbur etdilər

08.04.2020 09:54

Çexiyanın Lazne-Boqdaneç kurort şəhərinin hakimiyyəti mülayim hava şəraitində istirahət etmək istəyən çoxlu sayda nudistə xəbərdarlıq edib.

"Daily Star” xəbər verir ki, günlənmək üçün çimərliyə gələn insanlar koronavirusdan qorunma qaydalarına əməl etməyiblər.

"Müəyyən olunmuş yerlərdə vətəndaşlar çılpaq gəzə bilər, lakin ağızları maska ilə örtülü olmalıdır”, - xəbərdarlıqda deyilir.

Qeyd etmək lazımdır ki, çimərlikdə istirahət edən nudistlər xəbərdarlıqdan sonra tələblərə riayət edib.

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR