Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi

03.04.2020 13:40

Çin radioloqları koronavirus infeksiyasının təcili müalicəsinə ehtiyac olduğunu sübut edib.

Bu barədə "American Journal of Roentgenology" jurnalında dərc olunan araşdırmada deyilir.

Tədqiqatı Çinin Uhu İkinci Xalq Xəstəxanasının həkimi Qo Çyuan Huan aparıb. Diaqnoz və COVID-19 müalicəsi nə qədər erkən olarsa, xəstənin daha tez sağalmaq şansı artır. Bu nəticə kompüter tomoqrafiyası ilə yoluxmuş xəstələrin bir sıra araşdırmalarından sonra verilib.

Həkim Huan və həmkarları koronavirus diaqnozu olan 25 xəstəni iki qrupa bölüb. Birinci qrupa erkən diaqnozla müalicəyə başlayanlar, ikinci qrupa isə digər xəstələr daxil olub. Ardıcıl kompüter tomoqrafiya (KT) müayinəsi sağalma prosesini müşahidə etməyə imkan verib.

Müalicəsi dərhal başlayan xəstələrin xəstəxanada qaldıqları gündən təxminən altı gün sonra sağaldıqları ortaya çıxıb. Müalicəsi gec başlayan xəstələr orta hesabla 13 günə qədər xəstəxanada qalıb. Qo Çyuan Huan bu nəticəyə gəlib ki, vaxtında tibbi müdaxilə xəstəliyin nəticəsinin riskini azaldır.

Bundan əvvəl Çin alimləri COVID-19-a yoluxan xəstələrin koronavirusa qarşı çox güman ki, immunitet qazandıqlarını bildirmişdilər. Lakin xəstəlik ağciyər funksiyasının təxminən 20-30 faiz azalması və ağciyər fibrozunu ehtiva edən nəticələrə səbəb olur. Bu infeksiyadan sağalan xəstədə fiziki fəaliyyət zamanı hipoksemiya (qanda oksigenin miqdarının azalması) və təngənəfəslik əlamətləri ola bilər./publika.az

© xezerxeber.az


89 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR