Bunları acqarına ƏSLA ETMƏYİN - Əks halda...

15.01.2020 15:44

Günə hansı formada başlamağımız digər saatlarda enerjimizə təsir göstərir. Bu baxımdan acqarına etməməli olduğumuz bir çox vərdişlər var.

XəzərXəbər həmin vərdişləri təqdim edir:

1. Qəhvə içmək

Qəhvə tərkibindəki kofein sayəsində mədədə turşuluğu artırır. Çay seçiminiz varsa, ona üstünlük verin.

2. Sitrus şirələri içmək

Sitrus şirələri vitamin və mineralla zəngin olsa da, acqarına qəbul mədəni qıcıqlandıra bilər. Bu, xüsusən də qastrit və ya həzm problemi olan adamlarda daha tez özünü büruzə verir. Şirəni acqarına qəbul etmək istəyirsinizsə, ona yarı miqdarda su əlavə edin.

3. İltihab əleyhinə dərmanların qəbulu



Boş mədəyə iltihab əleyhinə dərman qəbulu həzm ağırlaşmasına səbəb ola bilər.

4. Uzunmüddətli məşq

Səhərlər acqarına idman etməyin daha çox kalori yandırmağa kömək etdiyinə dair məlumatlara inananlar var. Ancaq bu, əzələ kütləsini daha da azalda bilər.

publika.az

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR