Tarixdə ilk dəfə nəsli kəsilmiş nəhəng heyvanların qəbristanlığı tapılıb

09.11.2019 17:48

Arxeoloqlar mamontların qalıqlarının dəfn olunduğu ən böyük qəbristanlığı aşkar ediblər. Burada 14 nəsli kəsilmiş heyvana aid 800 sümük var. Tədqiqatçılar qədim insanların yaratdığı ilk çuxuru tapdıqlarına inanırlar. Bu barədə Phys.orgxəbər verib.

Ehtimallara görə, qədim insanlar buranı tələ məqsədilə qazıb. Çünki bəzi sümüklərdə ov əlamətləri olan aşınmalara rast gəlinib. Alimlərin fikrincə, ətraf ərazidə ən azı beş mamont sürüsü, habelə at və dəvə yaşayıb. Tapıntı tarixdəki ən böyük belə kəşfdir./oxu.az

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR