Meqan Markl ailəsinə 46 milyon manatdan çox gəlir qazandırıb

13.07.2019 12:39

Sasseks hersoginyası Meqan Markl mənsubu olduğu kral ailəsinə milyonlarla funt sterlinq gəlir qazandırıb.

"Qafqazinfo”nun "Express” portalına istinadən verdiyi xəbərə görə, ötən il Böyük Britaniya monarxiyasının rəmzləri olan suvenirlərin satışı 3,5 milyon funt sterlinqə (7 milyon 462 min 350 AZN) çatıb. Beləliklə, hədiyyə məhsullarının satışı kral ailəsinə indiyə qədər 21,7 milyon funt sterlinq (46 milyon 266 min 570 AZN) qazandırıb.

Bundan başqa, sarayları ziyarət edən turistlərin sayında da rekord göstərici olub. İl ərzində onların sayı 2,96 milyondan 3,3 milyona qədər artıb.

Royal Collection Fondunun direktoru Tim Hoksun sözlərinə görə, kral ailəsinə olan maraq Şahzadə Harrinin Meqan Marklla ailə qurmasından və onların ilk övladı Arçinin dünyaya gəlməsindən sonra, eləcə də şahzadə Lui, şahzadə Yevgeniyanın toyu və şahzadə Çarlzın 70 illik yubileyinin sayəsində artıb.

Xatırladaq ki, şahzadə Harri ilə amerikalı keçmiş aktrisa Meqan Markl 2018-ci ilin mayında ailə qurub. Cütlüyün bir il sonra Arçi adlı oğlu dünyaya gəlib.

© xezerxeber.az

FOTOQALERIYA






121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR