Qonşu ölkədə bu yaz ən populyar smartfon hansı olub?

18.06.2019 17:08

Rusiyadakı "Euroset"in (Svyaznoya birləşdirilmiş şirkət) versiyasına görə, ədədi ifadədə ən populyar smartfonların TOP-5-liyi belədir.

1) Honor 7A

2) Samsung Galaxy J2

3) Samsung Galaxy A50

4) Samsung Galaxy A10

5) Honor 10

XəzərXəbər facemark.az-a istinadən bildirir ki, pul baxımından ən popular smartfon markaların TOP-5-liyi isə bunlar olub:

1) Samsung Galaxy A50

2) Apple iPhone XR

3) Apple iPhone 8 PLUS

4) Apple iPhone 8

5) Honor 8X

Bu yay rusiyalı istifadəçilər arasında xüsusilə "Honor" və "Samsung" markaları popular olub. Bu isə markaların etibarlılıq və keyfiyyətinə görədir.

"Alıcılar məhsul seçimində indi daha çox texnoloji modellərə üstünlük verirlər. Belə məhsulların orta qiyməti 2018-ci ilin yazı ilə müqayisəsə 9% artım göstərib", - deyə "Euroset"in (Svyaznoya birləşdirilmiş şirkət) satışlar üzrə vitse-prezidenti David Borzilov deyib.

Rusiya bazarında cari ilin mart ayından may ayına qədər ümumi dəyəri 103 milyard rubl olan, ümumilikdə 6,3 milyon smartfon satılıb. Qurğuların orta qiyməti isə 16 504 (435 manat-red.) rubl təşkil edib.

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR