Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

3 günə inanılmaz dərəcədə dəyişmək üçün MÖCÜZƏVİ RESEPT

17.06.2019 11:42

Ləzzətli və xoşgörünüşlü yeməklər artıq çəkidən əziyyət çəkən insanlar üçün xüsusilə problem yaradır. Gün ərzində yeyilən yağ və ağır təamlar mədədə həm narahatlıq yaradır, həm də bir çox sağlıq problemləri ortaya çıxarır.

Bədənin müəyyən bölgələrində artıq yağların yığılmasına səbəb olan qidaların artıq çəki yaratmaması üçün bəzi üsllar var.

Həm bu problemin, həm də mədədə ağırlıq, narahatlıq hissinin öhdəsindən gəlmək üçün müxtəlif təbii detokslardan istifadə etmək lazımdır.

Sağlam qidalanma ilə yanaşı, hər gün mütləq yarım saat gəzmək də önəmlidir. Nizamlı idman hərəkətləri ilə yanaşı, 3 günlük yağ yandıran detokslarla birgə artıq çəkidən və ağrılardan qurtula bilərsiniz.

1-ci günün detoksu

Səhər yuxudan oyanan kimi 1 fincan limonlu su için. Gün ərzində təzə meyvə yaxud meyvə salatı yeyin. Aralarda limonlu suyu uçməyi unutmayın. Aclıq hissi güc gələndə 2 dilim çovdar çörəyi ya da 2 ədəd pəhriz peçenyesi yeyin. Gün ərzində toplam 8 fincan limonlu su içməlisiniz. Bağırsaqların sağlamlığı çün səhər tezdən və axşam gec saatlarda arıqlamaq üçün nəzərdə tutulan çaylardan için.

2-ci günün detoksu

Səhər: 1 fincan yaşıl çay, 2 dilim qızarmış kəpək çörəyi, göyərti, 2 qoz və 1 kök.

Günorta: 2 qaynanmış yumurta, 1 pors qaynadılmış ispanaq və 1 ədəd pomidor.

Axşam: 200 qram 1 qızardılmış ət, zeytun yağlı və limonlu göyərti salatı. Ara öyünlərdə xiyar, yaşıl alma, 10 fincan su və 3-4 fincan açıq yaşıl çay.

3-cü günün detoksu

Səhər: 1 yaşıl alma və 2 dilim ananasla hazırlanmış meyvə salatı. Aclıq hissi çox olarsa, çovdar çörəyi, yüngül peçenye. Ara öyünlərdə 8-10 fincan limonlu su. Bitki çaylarından 2 dəfə razyanalı çay.

Günorta: 1 ovuc lobya dənəsi, 2 qabaq, 1 kök, yarım dəstə pərpətöyün, 3 ədəd soğan. Qırmızı bibər və pomidor da əlavə oluna bilər. Təxminən 1 litr su əlavə edib şorba kimi bişirin. Tərəvəzlər böyük şəkildə doğranmalıdır.

Axşam: Günorta bişirilən yeməyi təkrar yeyə bilərsiniz. Çox acsanız, 1-2 dilim çovdar çörəyi yeyə bilərsiniz. Gün ərzində 10 fincan su və 3-4 fincan yaşıl çayı unutmayın. (publika.az)

© xezerxeber.az


238 dəfə oxunub

ÇOX OXUNANLAR