Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dünyanın ən sirli kitabının şifrələri açıldı - Qadınlarla bağlı ŞOK FAKTLAR - FOTO

17.05.2019 14:20

Dünyanın ən sirli kitabı kimi qəbul edilən "Voyniç əlyazması”nın şifrələri açılıb.

Araşdırmalardan sonra 1912-ci ildə polşalı kitab taciri Uilfred M. Voyniç tərəfindən tapılan kitabın 15-ci əsrə aid olduğu ortaya çıxıb.

Kitab bu günə qədər Alan Turinq kimi məşhur şifrə ustaları tərəfindən araşdırılsa da onun məzmunu tam anlaşılmamışdı. 1404-1438-ci illər arasında yazıldığı düşünülən "Voyniç əlyazması” buna görə dünyanın ən sirli kitabı kimi tarixə düşmüşdü. Çox sayda mütəxəssis əlyazmanın anlaşılmaz olduğunu söyləsə də, Briston Universitetinin doktoru Cerard Çeşir 2 həftə ərzində kitabdakı sirli mətnlərin şifrələrini açmağı bacarıb.

O, ölü dil olan Proto Latın dilindən istifadə edib. Araşdırmaçı yazıdakı simvolları bu dildəki kəlimə və hərflərlə qarşılaşdırıb. Doktor əlyazmada qadınların düşüncə tərzi, cinsi məsələlər, fiziki və ruhani təmizlənmə və valideyn olmaq kimi mövzuların yazıldığını üzə çıxarıb.

Qeyd edək ki, Proto Latın dili portuqal, ispan, fransız, italiyan, rumın və katalon dillərinin anası hesab edilir./publika.az

© xezerxeber.az


474 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR