Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Luvr piramidasının memarı öldü: 102 yaşı var idi - FOTO

17.05.2019 13:21

Dünyanın bir sıra mötəbər memarlıq abidələrinin, o cümlədən, Parisin Luvr muzeyinin şüşə piramidasının memarı olan Pey Yuymin(həm də Yuy Min Pey adı ilə tanınır - red.) 102 yaşında vəfat edib.

Bu barədə BBC məlumat verir.

Praqmatik sənətkarın Nyu-York şəhərində dünyasını dəyişdiyi bildirilir.

Pey Yuymin 1917-ci ildə Çinin Quanjo əyalətində anadan olub. 18 yaşında olanda ABŞ-a köçüb. Pensilvaniya, Harvard Universitetlərində ali təhsil alıb. İkinci Dünya Müharibəsindən sonra aktiv şəkildə memarlıqla məşğul olmağa başlayıb, 1955-ci ildə öz memarlıq şirkətini təsis edib.

Pey Yuymin XX əsrindahi memarlarından sayılır. Şimali Amerika, Asiya və Avropada çoxsaylı möhtəşəm bələdiyyə, hotel, məktəb və digər binalar, komplekslər onun imzasını daşıyır.

Qoca yaşlarına kimisənətini davam etdirib. 80 yaşlarında olanda şedevr əsərlərindən sayılan İslam İncəsənət Muzeyinin (Doha, Qətər) binasına dizayn verib.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR