Məşhur stenokardiya dərmanları ürəyi dayandıra bilər – Alimlərdən xəbərdarlıq

21.03.2019 16:54

Hazırda xəstələrə təyin olunan bir çox populyar stenokardiya mülaicəsi üçün preparatlar ciddi ürək-damar pozulması, hətta ürəyin dayanmasına səbəb ola bilər.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki,bu qənaətə Avropa alimlər apardıqları bir araşdırmanın nəticəsində gəliblər.

Məsələ bu preparatların tərkibində olan nifedipin adlı elementdir. Yüksək dozada bu maddə olan stenokardiya dərmanlarını qəbul etdikdə ürəyin tam dayanması və letal sonluq ola bilər.

Digidropiridin və amlodipin tərkibli dərmanlar bu baxımdan daha təhlükəsizdir.
Xatırladaq ki, stenokardiya ürək xəstəliyi olub, infarktönü vəziyyət kimi qiymətləndirilir. Ürək nahiyəsində diskomfort və ağrılar verir.

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR