Pentaqon yeni cihaz hazırlayır - 10 milyon dollar ayrıldı

13.09.2018 17:04

Pentaqon yeni "Molar Mic” telekommunikasiya sistemi hazırlayır.

ABŞ bu məsələyə 10 milyon dollar yatıracaq. Səslərin sümük keçiricilik qabiliyyətindən istifadə edəcək simsiz "diş mikrofonu” ağıza yerləşdiriləcək və ikitərəfli rabitəni təmin edəcək. Həmçinin miniatür qurğu arxa dişlərə də yerləşdirilə bilir. Şəxsin öz istəyinə bağlı olaraq fərdi şəkildə həyata keçirilir. "Molar Mic” qurğusu suya davamlıdır, mikrofon və dinamik kimi istifadə edilərək səsin "gizlicə” çənə və kəllə sümükləri vasitəsilə bilavasitə daxili qulağa ötürülməsini təmin edəcək. Sümük keçiricilik qabiliyyəti təkcə "Molar Mic” qurğusunun gizliliyini təmin etməyəcək, eyni zamanda ətrafdakı səslərin eşidilməsini itirmədən danışıqlar aparmağa imkan verəcək.

Layihə üzərində çalışan tədqiqatçılar deyir ki, qurğu kənardakı əlavə səsləri (məsələn, işə salınmış vertolyot mühərrikləri fonunda) duya biləcək. Siqnalın ötürülməsi boyunda quraşdırılan "Tactical Neckloop” qurğusu və "Near-Field Magnetic Induction” (NFMI) texnologiyası vasitəsilə həyata keçirilir. Akkumulyatoru simsiz enerjidoldurmanı dəstəkləyən "Molar Mic” qurğusu kiçik pult vasitəsilə idarə ediləcək.

Yeni texnologiya Əfqanıstanda hərbi əməliyyatlarda və "Harvi” qasırğasından zərərçəkmiş insanların xilas edilməsi üzrə əməliyyatlar zamanı uğurla sınaqdan keçirilib./publika.az

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR