Baş ağrısı səbəbi müxtəlif ola bilər: uzun müddət kompüterdə işləmək və ətraf mühitin təsiri, stress, yuxu çatışmazlığı, qida rasionun pozulması və s. Necə olursa-olsun, vəziyyət dözülməzdir, ağrıdan qurtulmaq isə çətindir. Bir çox hallarda həb içmək mənasızdır, heç bir təsiri olmur. Dərmanlara güvənmək əvəzinə bu xəstəliyə qalib gəlmək üçün ən sürətli və ziyansız üsulları sınaqdan keçirin.
Oxucuları baş ağrısını aradam qaldıran sadə xalq vasitələri ilə tanış edirik.
Banan
Banan qabığını atmayın. Bu, insan orqanizmi üçün əsl faydalı maddələr anbarıdır. Banan qabığını 20-30 dəqiqə başın alın hissəsində saxlamaqla ağrıdan xilas ola bilərsiniz.
Alma
Çoxları bilmir ki, alma baş ağrısını azaldan ən yaxşı vasitədir. Əgər yuxudan şiddətli baş ağrısı ilə oyanmısınızsa, duzlu alma dilimi yeyin, üstündən mütləq bir stəkan isti su için. Söz veririk, ağrı tezliklə yox olacaq. Yeri gəlmişkən, alma sirkəsi ilə inhalyasiya baş ağrılarına müsbət təsir edir.
Badam
Bu gözəl çərəz dərman preparatlarının təbii əvəzedicisidir. Bir ovuc badam 10-15 dəqiqə ərzində baş ağrıları azaltmağa qadirdir. Çox faydalıdır!
Zəncəfil
Zəncəfil kökü iltihab önləyici xüsusiyyətlərə malikdir, bu da zəhlətökən baş ağrısı ilə mübarizədə kömək edir. Zəncəfil baş və boyun damarlarını rahatlaşdırmağa kömək edir, şişkinliyi azaldır və təbii sakitləşdirici mexanizmlərini tələsdirir.
Gündə 2-3 dəfə zəncəfilli çayı içmək başağrısını azaltmaq iqtidarındadır. Əsas odur ki, ağrı hiss olunan kimi çay için.
Darçın
Bir qədər darçın tozunu suya əlavə edib məcun hazırlayıb. Əldə edilən qarışığı alın hissəsinə sürtüb yarım saat saxlayın. Darçın tezliklə ağrını çəkəcək. Əgər soyuq havanın təsiri ilə bağlıdırsa, belə bir üsul baş ağrısı üçün çox faydalıdır.
Qaynar su
Baş nahiyəsinə qoyulmuş isti kompres (qrelka) ağrıdan xilas edəcək. Bu üsul qan dövranını yaxşılaşdırır, boynun gərgin əzələlərini zəiflədir, miqreni aradan qaldırmağa kömək edir.
Üstəlik isti vanna və ya duş qəbul etmək olar. Əgər vanna otağında uzanıb qalmaq istəmirsinizsə, əl və ya ayaqlar üçün isti vanna gözəl alternativi olacaq, onlar baş ağrısı ilə mübarizə aparır və gərginlik çəkilir.
Lavanda yağı
Barmaqlarının uclarına bir neçə damcı lavanda yağı töküb alnı 15-20 dəqiqə masaj edin. Lavandanın sakitləşdirici xüsusiyyəti başa yaxşı təsir edir və ağrını azaldır.
Lavanda efir yağı əvəzinə istiot, nanə yağı və ya evkalipt istifadə edə bilərsiniz. Bu yağların ağrıkəsici və sakitləşdirici xüsusiyyəti əzələləri zəiflədir, qan dövranını yaxşılaşdırmağa kömək edir.
Qırmızı istiot
Qırmızı istiot baş ağrısını azaldan daha bir təbii vasitədir. Araşdırmalar göstərib ki, bu məhsul ən dəhşətli miqrenlərdən xilas edə bilər!
İstiot əsaslı kremlərlə başa masaj, baş ağrısı ilə mübarizədə çox səmərəlidir. O, qan dövranının yaxşılaşmasına səbəb olur, bununla da baş ağrısını sakitləşdirməyə kömək edir.
publika.az © xezerxeber.azTürk qəhvəsinin vücudunuzda etdiyi dəyişikliklərə inanmayacaqsınız
Ən çox rast gəlinən xəstəliklərdən biri - Necə qorunaq? - FOTO
Şirniyyatı sevən bəzi insanların genləri onları kökəlməyə qoymur
Sumqayıtda məcburi köçkünlər yeni mənzillərə köçürülür - VİDEO
Rusiyada təhlükəli təbii hadisələr tez-tez baş verir - SƏBƏB
İrandan Azərbaycana narkotik maddə gətirən keçmiş məhkum saxlanılıb
Evdən qaçan iki qız parkda qorxunc vəziyyətdə tapıldı - VİDEO
Müğənnilikdən getməyə qərar verən ulduz xanımı ilə METRODA - FOTO
Siqaret və isti çay içənlər üçün ÖLÜMCÜL TƏHLÜKƏ: xərçəng...
ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ
Sabah 8 bal gücündə zəlzələ olacaq? — Seysmoloji Mərkəzdən AÇIQLAMA
DƏHŞƏT: İş adamının xanımının başını kəsib küçəyə atdılar - VİDEO
Dövlət qulluqçularının maaşı artırılır - YENİ QANUN LAYİHƏSİ - VİDEO
Bu həftə tarixin ən dəhşətli SOYUĞU OLACAQ - Mənfi 60 DƏRƏCƏ
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ