Məsafədən insanın ürək ritmini qeydə almaq mümkündür

11.06.2018 15:11

"Panasonic" şirkəti ilə Kioto Universiteti birgə xəstənin ürək ritmini təmassız metodla qeydə almağa imkan verən qurğu yaradıblar.

İstehsalçıların sözlərinə görə, yeni texnologiya standart elektrokardioqramı əvəz edə bilər.

Yeni metodun əsas özəlliyi ondan ibarətdir ki, bu prosesi məsafədən həyata keçirmək mümkündür, yəni sensorları insan bədəninə qurmaq vacib deyil.

Yeni texnologiyanın əsasında işləyən sistem gündəlik işlərlə məşğul olan insan üzərində "müşahidə" apararaq müxtəlif vəziyyətlərdə orqanizmin reaksiyasını qeydə alacaq ki, bu da öz növbəsində fərdi müalicə sxeminin seçimində kömək edə bilər.

Qurğu prototipinin uzunluğu təxminən 50 sm təşkil edir. Gələcəkdə istehsalçılar onun ölçüsünü azaltmağı planlaşdırır.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR