Kişilərə xəbərdarlıq: Rus qadınların tələsinə düşməyin

12.01.2018 17:24

Bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından öncə ingiltərəli kişilərə rus qadınlarla bağlı xəbərdarlıq edilib.

"The Sun” nəşri kişiləri rus qadınların tələsinə düşməməyə çağırıb.

Yazıda qeyd olunub ki, varlı kişilər dələduz şəbəkənin qadın üzvləri tərəfindən evlilik bəhanəsi ilə aldadıla bilərlər. Bunun nəticəsində isə onların pulları mənimsəniləcək.

Bildirilib ki, həmin qadınlar dünya çempionatının başlanmasını səbirsizliklə gözləyirlər. "Kiminlə gəzəcəyinizə diqqət edib. Üzərinizdə külli miqdarda nağd pul gəzdirməyin”, deyə yazıda qeyd olunub.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR