Astronomlar ən qədim və ən ağır Qara Dəliyi tapıblar

07.12.2017 13:48

Amerikalı alimlər kosmosda ən qədim və ağır Qara Dəliyi müəyyən edib. Onun çəkisinin Günəşin 800 milyon kütləsi qədər təşkil etdiyi düşünülür. Bu barədə Massaçuset Texnologiyalar İnstitutunun alimi Robert Simko bəyan edib.

Alimlər bu Qara Dəliyi çox sirli hesab edirlər, çünki çəkisi və yaşı üst-üstə düşmür.

Belə ki, onun Böyük Partlayışdan dərhal sonra yarandığı ehtimal olunur. Lakin o yarandığı gündən bu qədər kütlə yığa bilməzdi. Bu, o deməkdir ki, başqa cürə meydana gəlməli idi.

Hazırda alimlər qrupu bu qəribə varlığı araşdırırlar.

Alimlər hesab edirlər ki, belə uzaq obyektlərin ixtirası və öyrənilməsi onların doğulması və böyüməsinin sirrini aça, həmçinin müasir Qara Dəliklərin qədim «qardaşları» kimi sürətlə böyüyə bilməməsinin səbəblərini anlamağa imkan verə bilər./faktxəbər

© xezerxeber.az


53 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR