Sahildə əcaib varlıq tapıldı - FOTOLAR

14.09.2017 14:31

"Harvi"qasırğası Texas sahillərinə naməlum dəniz varlığı çıxarıb.

Texas sahillərində suyun dərinliklərində yaşayan qeyri-adi varlıqlar suyun üzünə çıxıb. Naməlum varlığın fotolarını çəkərək sosial şəbəkələrdə paylaşan Texas sakini qeyd edib ki, gözsüz və yekədişləri olan varlıq qorxulu görünür.

Hyuston şəhərində aşkarlanan üfunət və çürümək üzrə olan canlının dənizin 60-90 metr dərinliklərində yaşayan qılıncdişli ilanlar sinfinə aid olduğu ehtimal edilir. Onlar kiçik balıqlar və yosunlarla qidalanırlar./publika.az




© xezerxeber.az


1044 dəfə oxunub

ÇOX OXUNANLAR