Qütblər haqqında bildiyiniz hər şey səhv imiş: Şimal əslində haradadır?

14.09.2017 14:30

"Dünyaya kosmosdan baxdığımızda yuxarıda nə görürük” sualına "Şimal qütbü” cavabını verənlər sadəcə siz deyilsiniz. Ancaq bu doğru cavab deyil.

Dünyadakı hər insan planetimizi bu formada təsəvvür etsə də, bu təəssüratı dəstəkləyən hər hansı elmi bir fakt mövcud deyil.

Bu təəssüratın hekayəsinin bir az tarixi, bir az da astrofizik və psixoloji səbəbləri var.

Tarixi səbəblər

İnsanın dünyadakı yerini bilmək ehtiyacı onun həyatda qalma instinktindən irəli gəlir. Bir çox canlı kimi insan beyni də onu əhatə edən çevrəyə nəzərən mövqeyini anlamasını təmin edəcək formada dizayn edilib. Lakin insanın özünəməxsus cəhətlərindən biri (bəlkə bal arıları istisna ola bilər) hiss etdiyi mövqeyi başqaları ilə paylaşmaq meylidir.

Məhz bu səbəbdən min illər öncə "xəritə” adlı bir əşya meydana gəlib. Ən qədim xəritə 14 min il öncə mağara divarlarına çəkilib. Daha sonra daş tablolar, papirus, kağız və ən nəhayət, kompüterlər bu məqsədlə istifadə edilib.

Lakin xəritədə şimal qütbünün hər zaman yuxarıda göstərilməsinin bir neçə yüz il yaşı var. Londonda fəaliyyət göstərən Kraliça Meri Universitetinin xəritə tarixçisi Cerri Brotton deyib ki, vaxtilə şimal qütbü qaranlığın gəldiyi yer olduğuna görə xəritələrin ən üst qismində çəkilməyib. Qərb cəhətinin isə Günəşin batdığı yer olduğu üçün yuxarıda təsvir edilməsi mümkün deyil.

Ancaq çinlilər tam da bu mümkünsüzlüyü etmişdi. Onların kompası bilmələrinə rəğmən, şimal qütbünü xəritənin yuxarısında təsvir etməklərinin çox qəribə səbəbi var idi.

Belə ki, Çində ixtira edilən ilk kompaslar cənub qütbünü işarə edirdi. Lakin imperator şimal tərəfdə yaşadığına və tabeçiləri ona aşağıdan yuxarı baxdığına görə xəritədə şimal qütbü hər zaman yuxarıda göstərilib.

Misirdə isə Çindən fərqli olaraq, yuxarı tərəf hər zaman şərq kimi təsəvvür edilib, yəni Günəşin doğduğu yer.

Müsəlmanlar tərəfindən hazırlanmış ilk xəritələr cənub istiqamətini şimal kimi işarə edirdi, yəni İslamın doğulduğu yer.

Xristian xəritələrində də mərkəzdə Qüds olmaqla, "Cənnət bağçası” kimi xəyal edilən yer şərq, şərq isə şimal kimi qeyd edilib.

Astrofiziki səbəblər

Bəs necə oldu ki, bir müddətdən sonra hamı şimal qütbünü yuxarıda çəkməyə qərar verdi?

Bu dəyişiklikdə Şimal ulduzuna görə istiqamətini təyin edən Kolumb və Magellanın təsiri ola bilər.

1569-cu ildə coğrafiyaçı Merkatorun hazırladığı dünya xəritəsi şimal mövqeyini əsas götürən xəritə baxımından önəmli bir dönüş nöqtəsi idi. Dünyanın kürə şəklində olmasını xəritədə ilk dəfə nəzərə alan da o olmuşdu.

Səbəbi nə olur-olsun, artıq şimalı xəritənin üst tərəfində çəkmək fikri bütün beyinlərdə öz yerini tapmış oldu.

1973-cü ildə NASA-nın çəkdiyi fotoda cənub qütbü yuxarı tərəfdə düşmüşdü. Buna səbəb isə astronavtın çəkisizlik şəraitində fırlanması olmuşdu. Ancaq NASA çaşdırıcı olmasın deyə fotonu düzəltmək məcburiyyətində qalmışdı.

Kosmosdan Yer kürəsinə baxdığımız zaman hər hansı bir cəhətin yuxarıda və ya aşağıda olması düşüncəsi yersiz gəlir. Çünki Günəş sistemində Yer planeti digər planetlərlə eyni müstəvidə qalır. Londonun İmperial Kollec Universitetinin astrofiziki Daniel Mortlok kosmosda "aşağı”, ya da "yuxarı” deyə bir şeyin olmadığını bildirir.

Psixoloji səbəblər

Artıq planetimizə fərqli bir bucaqdan baxmaq zamanı gəlib. Psixologiya elmi insanların şimalı yuxarıda təsvir etməsinin düşüncə sistemini kirlətdiyini söyləyir.

Dünyada demək olar ki, hər kəs şimalı yuxarıda, cənubu aşağıda təsvir edir. Psixoloq Brian Meyer insanların şüuraltında müsbət sözlərin mənfilərlə müqayisədə daha yuxarıda qəbul edildiyini deyir.

"Şimal=yuxarı” və "yaxşı=yuxarı” təəssüratının insanların xəritədə fərqli bölgələrə verdiyi dəyərə təsir etdiyinə diqqət çəkilir. Psixologiyada bu durum insanların özlərindən aşağıda baş verənlərə önəm verməməsi nəticəsinə qədər gedib çıxa bilir.

Astrofiziklər xəritədə cənub qütbünü yuxarıda göstərmək cəhdlərini dəstəkləyir. Onlar insanların mənfi təəssüratlarının bu formada təsir görə biləcəyinə inanırlar./publika.az

© xezerxeber.az


540 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR